Paşinyan qorxu içində – “Ordu döyüşmək qabiliyyətində deyil”

“Nikol Paşinyanın Tavuşa son səfəri əslində bir məqsəd güdürdü: region sakinlərini qorxutmaq və vətəndaşları müharibə təhlükəsi altında yeni güzəştlərə hazırlamaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

“Öyrəndik ki, bazar ertəsi Paşinyanın Tavuş səfərindən sonra bölgədə çaxnaşma yaranıb. Məsələ ondadır ki, Paşinyan vətəndaşları qorxudub: Azərbaycanın tələb etdiyi kəndləri verməsək, mümkün eskalasiya riskində ordumuz türk ordusuna qarşı döyüşmək iqtidarında deyil. Yəni Paşinyan müharibəyə başlamamaq üçün guya əlindən gələni etdiyini göstərməyə çalışır”- deyə, məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az