Paşinyan Qarabağdan rusları çıxarmaq istəyən təşkilata əmr verdi

Ermənistanın ultrasağçı “Sasna Tsrer” partiyası paytaxt İrəvanda gələn ilin əvvəlindən etibarən mitinqlərə və yürüşlərə start verəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın rəsmi nümayəndəsi O.Ovanes məlumat yayıb.

Aksiyanın hansı məqsədlə keçiriləcəyi açıqlanmayıb.

Qeyd edək ki, “Sasna Tsrer” qatı qərbyönlü partiya olmaqla yanaşı, terror təşkilatı kimi də tanınır. Hakimiyyətlə dolayı yolla yaxınlığı olan partiya Rusiya qoşunlarının Ermənistanı və Qarabağı tərk etməsinin tərəfdarı kimi çıxış edir.

Zaira Akifqızı
Globalinfo.az