Hitlerin sevdiyi yeganə yəhudi – Alman liderin onu bağışlamasının təsirli səbəbi

İsrail-HƏMAS müharibəsi yəhudilərə qarşı amansızlığı ilə xatırlanan Adolf Hitleri yenidən gündəmə gətirib. Onun yəhudilərə münasibəti, soyqırım aktı birmənalı qarşılanmır. Hitlerin bütün yəhudilərə nifrət etdiyi deyilir, lakin bu belə deyil.

Globalinfo.az Adolf Hitlerin sevdiyi yeganə yəhudi haqda maraqlı faktları təqdim edir.

Avstriyalı həkim Eduard Blox Linzd şəhərində çalışan bir yəhudi idi. O, 1907-ci ilə qədər Adolf Hitlerin anası Klara Hitlerin həkimi olub.

Klara Hitler döş xərçəngindən əziyyət çəkirdi və maddi imkanı zəif olduğu üçün Eduard onu təmənnasız müalicə edib. Çoxsaylı cəhdlərinə baxmayaraq, həyatını xilas edə bilməyib.

Hitler məşhur “Mənim mübarizəm” kitabında anasının ölümünü belə təsvir edir: “Həyatımın o dövrünə minnətdaram, çünki bu, məni sərtləşdirdi”.

Klara Hitler və Adolf Hitler

Həkim Eduard Blox Hitlerlə anası arasındakı münasibəti “Həyatımda heç vaxt bu qədər bağlılığın şahidi olmamışam” kimi təsvir edib.

Klaranın ölümündən sonra Hitler onun çarpayısının yanında diz çökərək anasının son üz ifadəsinin rəsmini çəkir. Anasının həyatını xilas edə bilməsə də, onun üçün əlindən gələni edən həkim Eduardı isə heç vaxt unutmur.

Nasist Almaniyası 1938-ci ildə Avstriyanı işğal edərkən Hitler yəhudi olmasına baxmayaraq, Eduard Bloxa zərər gəlməməsi üçün şəxsən tapşırıq verir. Hətta onu “Edel Jude” titulu ilə təltif edir.

Hitlerin həkim Eduardla bağlı dediyi bir cümlə isə tarixin ən təzadlı ifadəsi kimi yadda qalır: “Əgər bütün yəhudilər onun kimi olsaydı, yəhudi soyqırımı baş verməcəyəkdi”.

Turan Rzayev
Globalinfo.az