pasinyan 2

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və yanlış ümidlərə qapılmamalıdırlar.

Globalinfo.az xəbər verir ki, Paşinyan Avropa Parlamentində çıxış edərkən deyib:

“Bizim əsas vəzifələrimizdən biri odur ki, qarabağlı qardaş və bacılarımızın emosiyaları sui-istifadə edilməsin və onlara yalancı ümidlər verilməsin”.

Baş nazir vurğulayıb ki, qarabağlı ermənilər Ermənistan vətəndaşlığını almalı və ölkədə daimi yaşayış qurmalıdırlar. O qeyd edib ki, artıq onların yerləşdirilməsi proqramı başlayıb və hazırda 4 886 ailə bundan yararlanıb .

Bu açıqlama Ermənistan hökumətinin Qarabağdan köç edən ermənilərin statusunu rəsmi şəkildə tənzimləmək və onları ölkədə sabit şəkildə yerləşdirmək niyyətini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: