pasinyan putin

Rusiyanın bəzi erməni ixracatçılarına qarşı tətbiq etdiyi müvəqqəti məhdudiyyətlər Ermənistanın ümumi makroiqtisadi göstəricilərinə ciddi təsir göstərməyib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan bildirib ki, sanksiya və idxal qadağaları hətta indiyədək Rusiya bazarına yumurta və ya quşçuluq məhsulları ixrac etməyən erməni şirkətlərinə aid olsa da, bu müəssisələrin fəaliyyətində faktiki olaraq heç bir dəyişiklik baş verməyib.

Baş nazirin sözlərinə görə, dövlət statistikası Ermənistan iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlılığını nümayiş etdirir.

“Cari ilin may ayında iqtisadi aktivlik göstəricisi 11 faiz təşkil edib. Yanvar–may ayları üzrə illik göstərici isə 8 faizi ötüb. Xarici amillərin müəyyən təsiri həmişə olur, lakin rəqəmlər hər şeyi özü göstərir”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, vəziyyətin yekun qiymətləndirilməsi üçün aidiyyəti dövlət qurumları təhlilləri davam etdirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: