NATO-nun növbəti zirvə toplantılarının keçiriləcəyi ölkələr

NATO-nun növbəti zirvə toplantılarının keçiriləcəyi ölkələr açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdiyi Kommunikedə bildirilib.

 

Qeyd edilib ki, NATO-nun növbəti zirvə toplantısı 2024-cü ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

2025-ci ildə isə sammit Niderlandda baş tutacaq.