Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan yeni parlament müxalifətini qanunsuz adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
Paşinyan bildirib ki, IX çağırış parlamentdə formalaşan müxalifət tamamilə qanunsuz hərəkətlər nəticəsində yaranmış siyasi vahiddir.
“Ermənistanın bu qüvvələri gələcək siyasi fəaliyyətdən məhrum etmək üçün legitim hüququ var və ölkə bununla bağlı tədbirlər görməlidir”, – deyə baş nazir vurğulayıb.
O, həmçinin Ermənistanda “kriminal-oliqarxik rejimi” qorumaq məqsədilə xarici müdaxilə cəhdlərinin olduğunu iddia edib. Paşinyanın sözlərinə görə, bu müdaxilələr ölkənin təhlükəsizliyi üçün risk yaratsa da, hazırda həmin təhlükələr aradan qaldırılıb.
“İndi kriminal oliqarxiyanın kökünün kəsilməsinə fokuslanmağımıza heç nə mane olmur. Bu proses artıq başlayıb və dayandırılmayacaq”, – deyə o vurğulayıb.
Əliyar Xəlil