Paşinyan KTMT ilə bağlı nöqtəni qoydu

“KTMT öhdəliklərini yerinə yetirməsə, Ermənistan bu təşkilatdakı üzvlüyünü de-yure donduracaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, KTMT-yə qarşı növbəti ittihamlar səsləndirib.

“KTMT öhdəliklərini yerinə yetirməsə, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü qanuni şəkildə donduracaq. Mən demişəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan qarşısında təhlükəsizlik sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, ölkə üçün problemlər yaradır. İndi biz KTMT-də fəaliyyətimizi faktiki olaraq dondurmuşuq. Ancaq proses bu cür davam edərsə, de-yure dayandıracağıq”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az