pasinyan

“Nə deyim… Trampın dostudur, Putinin dostudur, Zelenskinin dostudur. Hamının dostudur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezident Robert Köçəryan jurnalistin “Sizə rəqib peyda olub, Paşinyan Putinin dostudur” replikasına cavab verərkən deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici siyasətini tənqid edərək bunları bildirib:

“Bir-birinə aşkar düşmən olan tərəflərin hamısı ilə eyni anda dost olmaq necə mümkündür? Bilmirəm. Sən vasitəçi ola bilərsən, bu ayrı məsələdir, amma hamı ilə dost ola bilməzsən! Bu, həqiqətən də ciddi problemdir”.

Sabiq prezident vurğulayıb ki, rəsmi İrəvanın bu cür davranışı strateji müttəfiqi tərəfindən mənfi qarşılanır:

“İlk növbədə, bu durum Rusiyada da hörmətsizlik kimi qəbul olunur. Çünki Rusiyanın özünüqavrayışı fərqlidir, onlar həqiqətən fövqəldövlətdir. Sən, ondan asılılığının nəhəng olduğu belə miqyaslı bir ölkə ilə bu cür davrana bilməzsən”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: