Paşinyan kilsənin rolunu aşağılamaq istəyir – Tatoyan

Ermənistan polisinin keşiş II Qaregini və onu müşayiət edən ruhaniləri Sardarapat abidə kompleksinə buraxmaması qalmaqala səbəb olub.

Globalinfo.az xəbər verir ki, hüquq müdafiəçisi Arman Tatoyan hökumətin bu addımını kilsənin rolunun aşağılanması kimi dəyərləndirib.

Erməni Apostol Kilsəsinin erməni xalqının həyatındakı rolunu və əhəmiyyətini aşağılamağa siyasi cəhd edilir. Bu gün baş verənlər göstərir ki, 2018-ci ildə katolikosa edilən hücum, onun avtomobilinin qarşısının kəsilməsi, şəxsinə qarşı qarşı təhdidlərin yağdırılması eyni imzaya malikdir. Sadəcə olaraq, bu gün onlar mülki geyimdə deyil, polis formasında hərəkət edirlər” – Tatoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az