karapetyan

Ardıcıl bir neçə gündür Ermənistanın hökumət dairələrində görüşlər keçirilir və orada iş adamı Samvel Karapetyanın həbsinin uzadılması məsələsi müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

KİV-in yazdığına görə, hazırkı cinayət işi çərçivəsində Karapetyanın növbəti dəfə həbsi üçün əsaslar tükənib. Hazırda onun həbs müddətinin uzadılması çətin görünür.

Media mənbələri iddia edir ki, yeni cinayət işinin başlanmasının mümkünlüyü nəzərdən keçirilir və buna görə də, Karapetyan barəsində həbs-qətimkan tədbirinin daha iki ay uzadılması barədə vəsatət qaldırıla bilər. Ancaq hələ bunun üçün yeni hallar müəyyən edilməyib.

KİV yazır ki, həbs müddətinin uzadılması ilə bağlı yeni epizodların təfərrüatları gələn həftənin əvvəlində açıqlana bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: