Paşinyan ermənilər üçün getdikcə “yox olur”

Ermənilərin Nikol Paşinyanla bağlı fikirləri mənfiyə doğru dəyişməkdə davam edir.

Globalinfo.az xəbər verir ki, “MPG/Gallup International Association” şirkətində 1100 Ermənistan vətəndaşına baş nazirlə bağlı suallar ünvanlayıb. Ortaya çıxan nəticə isə Paşinyanın reytinqinin təkcə bir ayda ən azı iki dəfə azaldığını göstərib.

Nikolun fəaliyyətini tamamilə dəstəkləyən vətəndaşlar sorğu iştirakçılarının cəmi 5,4 faizini təşkil edib. Bir ay öncə isə bu rəqəm 13 faizə bərabər olub.

Tahir Turan
Globalinfo.az