Paşinyan elə bir etiraf etdi ki…

“44 günlük müharibədən sonra biz möcüzə nəticəsində dövlətimizi saxladıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz dövlətimizi və dövlətçiliyimizi zərbə altında qoyduq. Bunu öz istəyimizlə deyil, xoş məram və ya legitim narahatlıqlarla etdik. Bu gün də eyni vəziyyətdir. Ermənistanı daimi qarşıdurmada yaşamağa çağıranlar ölkənin varlığını, suverenliyini və müstəqilliyini sual altında qoyurlar”, – deyə o bildirib.

Zaira Akifqızı
Globalinfo.az