Paşinyan çıxış etdi, ABŞ-dan təcili zəng gəldi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, tərəflər Laçın yolundakı son situasiyanı müzakirə ediblər.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Entoni Blinkenin tezliklə Azərbaycan və Ermənistan XİN rəhbərlərinə zəng edəcəyi bildirilmişdi.