Paşinyan Blinkenlə və Makronla Qarabağdakı durumu müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenə zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Mətbuat xidməti Paşinyanın Fransa Prezidenti Emmanuel Makrona da zəng etdiyini açıqlayıb.