pasinyan yeni89

Ermənistan Baş naziri Nikol Paşinyan yeni nazir axtarışındadır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ermənistanın daxili işlər naziri Arpin Sərkisyan ana olmağa hazırlaşır:

“O, uzun illərdir evlidir. Mənbələrin dediyinə görə, Sərkisyan analıq məzuniyyəti ilə əlaqədar aylarla işə getməyəcək. Bu o deməkdir ki, Nikol Paşinyan onu əvəz edəcək adam axtarmalı olacaq”, – deyə nəşr qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: