“Hazırda Ermənistan hakimiyyəti İrəvan və Moskva arasındakı mövcud gərginliyin günahını başqalarında axtarmağa çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeev deyib.
O bildirib ki, Avropa İttifaqı (Aİ) Avrasiya İqtisadi İttifaqının (Aİİ) müttəfiqi olan Ermənistanı Rusiyaya qarşı qoymağa çalışır.