musavat

Bu gün seçkilər zamanı 8 saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində gərginlik yaşanıb

Globalinfo.az Unikal.az-a istinadən xəbər verir ki, “Müsavat” partiyasının nümayəndəsi Eldar Tağıyev müstəqil müşahidəçi Kamil Hüseynovu boğmağa çalışıb.

Globalinfo.az bildirir ki, Eldar Tağıyev köhnə hərəkatçıdır. O, milli azadlıq hərəkatının yetirmələrindəndir. Uzun illər mərhum İsgəndər Həmidovun liderlik etdiyi Boz Qurd partiyasında rəhbər vəzifələrdə təmsil olunub. Bir neçə ildir Müsavat Partiyasına transfer edib. Tanıyanlar onu təmkinli, əxlaqlı insan kimi tərif edir. Görünür, seçkinin yaratdığı gərginlik fonunda Eldar Tağıyev əsəblərinə hakim kəsilə bilməyib.

“Operativ Media”ya istinadən video-görüntünü təqdim edirik:

Paylaş: