Rusiya kosmosa nüvə silahı yerləşdirir? – BMT-dən AÇIQLAMA

“Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları barədə bizdə məlumat yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O bildirib ki, Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırması haqda yayılan məlumatlar medianın spekulyasiyasıdır:

“Bizdə heç bir əsaslı məlumat yoxdur. Təbii ki, BMT-nin Baş katibi Antonio Quterreş bütün BMT ölkələrini kosmosda silahlanmadan çəkinməyə çağırır”.

Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Konqres rəhbərliyinin ölkənin milli təhlükəsizlik məsələsini müzakirə etmək üçün qapalı brifinq keçirəcəyini açıqlayıb. “ABC” nəşri isə bu təhlükənin Moskvanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə əlaqəli olacağını iddia edib.

Əliyar Xəlil
Globalinfo.az