“Pandoranın qutusu” açılacaq – Blinkendən qorxulu mesaj

ABŞ Dövlət katibi Entoni Blinken Afinada Yunanıstan xarici işlər naziri ilə birgə keçirilən mətbuat konfransında Rusiyanın Ukraynadakı əməliyyatlarını “hər mənada strateji uğursuzluq” adlandırıb.

Globalinfo.az xəbər verir ki, dövlət katibi Rusiyanın Ukraynaya təcavüzünün davam edəcəyi və qarşısının alınmayacağı təqdirdə “Pandoranın qutusu”nun açılacağını bildirib.

Blinken Yunanıstanın Ukrayna və NATO-ya güclü, açıq dəstəyini təqdir edib.

Ayşən Mustafa
Globalinfo.az