Zelenski onları vəzifədən çıxardı – Yerinə qadınları təyin etdi

1682524190 1650096448 1649678971 1649678160 1649132826 16480446123196 scaled

Ukrayna Prezidenti Vladimir Zelenski prezident aparatının rəhbər müavinləri Andrey Smirnov və Aleksey Dneprovun tutduqları vəzifələrdən kənarlaşdırılması haqqında fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, müvafiq sərəncamlar Ukrayna prezidentinin saytında dərc olunub.

Sərəncama əsasən, əvvəllər Ukrayna PA-nın İnformasiya Siyasəti Direktorluğunun strateji kommunikasiyalar baş şöbəsinə rəhbərlik etmiş Yelena Kovalskaya və əvvəllər ədliyyə nazirinin müavini olmuş İrina Mudraya əvəzləyib.

Medianın məlumatına görə, Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Smirnovun istefası Milli Antikorrupsiya Bürosunun (NABU) araşdırması ilə bağlıdır.