Pakistanda miqrantlar üçün matəm elan edildi

İyunun 18-də Pakistanın baş naziri Şahbaz Şərif Yunanıstan sahillərində həlak olan miqrantlar üçün milli matəm günü elan edib. 

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Hadisə kiçik gəminin batması nəticəsində baş verib. Pakistan mediası yazır ki, gəmidə 300-ə yaxın pakistanlı ola bilər.

AFP qeyd edib ki, Avropa hakimiyyəti hələ də Liviyadan üzən gəmidə neçə nəfərin olduğu barədə dəqiq təsəvvürə malik deyil. Təxminlər 400 ilə 700 arasında dəyişir. Yüzdən çox miqrantın Pakistandan, çoxunun Kəşmir bölgəsindən olduğu güman edilir.

Pakistan rəsmiləri insident zamanı insan alverində şübhəli bilinən 10 nəfərin saxlanıldığını bildirib. Şərif bu növ cinayət əməllərində iştirak edənlərə ağır cəza veriləcəyini bildirib.