Pakistanın təhlükəsizlik qüvvələri son iki gündə Bəlucistan əyalətində 145 silahlını zərərsizləşdiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, reydlər son illər ərzində bütün Bəlucistan boyunca terror qruplaşmaları tərəfindən törədilən ən ölümcül zorakılıq aktlarından birindən sonra həyata keçirilir.
Bundan əvvəl “Bəlucistan Azadlıq Ordusu” separatçı qruplaşması Pakistanın Bəlucistan əyalətində 80-dən çox insanın ölümü ilə nəticələnən silsilə hücumların məsuliyyətini üzərinə götürmüşdü.