Pakistan və İran arasında nifaq salmağa çalışırlar – Rəisi

Hegemon dövlətlər Pakistan və İran arasında münasibətlərdə nifaq və qeyri-sabitlik yaratmağa, iki ölkənin xalqını qiyama təhrik etməyə çalışırlar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı zamanı deyib.

“Hakim güclər İran və Pakistan arasında münasibətlərin inkişafını bəyənmir və üsyana qızışdırmaqla iki xalq, iki İslam ölkəsi arasında parçalanma yaratmağa çalışırlar”, – Rəisi bildirib.

Onun sözlərinə görə, Tehran və İslamabad təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı gücləndirməklə düşmənlərinin planlarını pozmalıdır.