
Pakistan və Hindistan arasında bu dəqiqələrdə gərgin döyüşlər gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər “Conflict” “X” sosial şəbəkə hesabında paylaşılıb.
🚨 Hindistan ve Pakistan orduları arasında şiddetli çatışmaların yaşandığı bildiriliyor. pic.twitter.com/tklTNqfEdW
— Conflict (@ConflictTR) May 9, 2025
*** 00:09
Pakistan “Qisas” əməliyyatına başlayıb. Kəşmir istiqamətində administrativ idarələr Pakistan dronları ilə vurulur.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan KİV məlumat yayıb.
Məlumata görə, artıq Pakistana məxsus bir neçə hərbi texnika sərhəd əraziyə yerləşdirilib.
*** 20:50
Hindistanın Kəşmir bölgəsində yerləşən Cammu şəhərində bir neçə partlayış səsi eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”in bölgədəki iki müxbiri məlumat verib.
Onların sözlərinə görə, şəhərdə elektriklərin kəsilməsindən sonra gecə səmasında müxtəlif partlayıcı mərmilər və işıq saçan cisimlər müşahidə olunub.
Hazırda hadisənin təfərrüatları və partlayışların səbəbi barədə rəsmi açıqlama verilməyib. Kəşmirdə son günlər Hindistan və Pakistan arasında artan gərginlik fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.
Aysel Əliyeva
Globalinfo.az