Övlad toyuna görə Azərbaycana gəlmişdilər: meyitləri tapıldı

Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***12:04

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Globalinfo.az APA-ya istinadən bildirir ki, yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar.

Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn ər-arvadın meyiti tapılıb - YENİLƏNİB

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn ər-arvadın meyiti tapılıb - YENİLƏNİB

***10:57

Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

Belə ki, Rusiya Federasiyası vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı olduğundan narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.