Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü? – SON DƏQİQƏ

Ordumuza təslim olmayacağını və sona qədər döyüşəcəyini deyən “Kyox” ləqəbli erməni polkovnik Karen Calavyanın öldürüldüyü iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Lakin bəzi mənbələr onun sağ olduğunu açıqlayıblar.

Calavyanla bağlı dəqiq məlumatın yaxın dəqiqələrdə bilinəcəyi deyilir.

Qeyd edək ki, K.Calavyan dünən təslim olmayacaqlarını bəyan etmişdi. Daha sonra verdiyi açıqlamaya görə isə bu mövqeyindən vaz keçdiyi bildirilmişdi.

Zaira Akifıqız
Globalinfo.az