OPEK+ ölkələri neft hasilatının bərpasını daha bir ay təxirə salmaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə OPEK-in saytında yerləşdirilən məlumatda bildirilib.
Səkkiz ittifaq ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman dekabrın sonuna qədər hasilatı sutkada 2,2 milyon barel azaltmağa davam edəcək.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündən etibarən bu ölkələr könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldır.
Hasilatın bərpası tədricən oktyabrda başlamalı idi, lakin sentyabrda OPEC+ bunu iki ay – dekabr ayına qədər təxirə salmaq qərarına gəldi.