ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşlərində onu Ukraynadakı müharibəni dayandırmağa və Avropada istənilən hərbi təcavüzə son qoymağa çağırdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.
“Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərim zamanı Avropa ərazilərində istənilən hərbi təcavüzün dayandırılmasını istədiyimi onun diqqətinə çatdırmışam. Ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında tezliklə razılaşma əldə etmək mümkün olacaq. Bunun tamamilə mümkün olduğuna səmimi qəlbdən inanıram”, – deyə ABŞ lideri vurğulayıb.
Əliyar Xəlil