lavrov gulus 900x600 3

“Avropa “çiçəklənən bağ” kimi, özünün təkəbbürlü və neokolonial siyasəti nəticəsində çürüməyə başlayıb”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qonşunun, potensial tərəfdaşının maraqlarını nəzərə almaqdan imtina etmək Qərbin həyata keçirdiyi və bu gün də davam etdirdiyi həmin təkəbbürlü neokolonial siyasətdir.

Obrazlı desək, bu siyasət Avropa İttifaqının keçmiş xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel tərəfindən səsləndirilən, Avropanın “çiçəklənən bağ”, ətrafının isə “cəngəllik” olduğu barədə bəyanatda öz əksini tapmışdı.

Yəqin əvvəllər bu “bağda” hər şey həqiqətən də çiçəklənirdi. Amma hər bir çiçək gec-tez çürüməyə başlayır. İndi isə orada məhz bu mərhələ başlayıb”, – Lavrov bildirib.

Paylaş: