IMG 3171

Ukraynanın paytaxtı Kiyevdə bu qış su təchizatında ciddi fasilələrin yaşana biləcəyi bildirilir.

Globalinfo.az xəbər verir ki, Desnyanski Rayon Administrasiyasının rəhbəri Maksim Baxmatov “Politika Strany” nəşrinə açıqlamasında paytaxt sakinlərinin suyu sərt qrafik əsasında ala biləcəyini deyib.

“Çox güman ki, Kiyevin su təchizatı ən yaxşı halda qrafiklə təmin olunacaq. Üç saat su olacaq, səkkiz saat isə kəsiləcək. İşıqla bağlı da problemlər yaşana bilər”, – deyə Baxmatov bildirib.

O, həmçinin Kiyev hakimiyyətinin qış mövsümünə hazırlıq görmədiyini iddia edib. Baxmatovun sözlərinə görə, mövcud vəziyyət paytaxtda su təchizatının fasilələrlə həyata keçirilməsinə səbəb ola bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: