gurcustan 1 1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” klubunun prezidenti Serdal Adalı ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, söhbətin “Beşiktaş” azarkeşlərinin Gürcüstanın Batumi şəhərində qarşılaşdığı hadisələrlə bağlı olduğu ehtimal edilir.

Türkiyə Xarici İşlər Nazirliyi isə vətəndaşların təhlükəsizliyinin təmin olunması və hüquqlarının qorunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

Qeyd edək ki, UEFA Avropa Liqası çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” komandasını Gürcüstanda qəbul edən “Beşiktaş”ın azarkeşləri tribunada Fələstin bayrağı açıblar. Bundan sonra stadionda polis müdaxiləsi baş verib.

Məlumata görə, Batumidə həm stadionun daxilində, həm də xaricində “Beşiktaş” azarkeşləri ilə bağlı insidentlər yaşanıb. Stadiondan kənarda gürcü hərbçilərinin bəzi azarkeşləri huşlarını itirənədək döydüyü iddia olunur.

Stadionda isə Fələstin bayrağı açan azarkeşlərə Gürcüstan polisi sərt müdaxilə edib. Qarşıdurmanın oyunun 25-ci dəqiqəsində başladığı, polis əməkdaşlarının gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Hadisələr zamanı “Beşiktaş”ın bir azarkeşi xərəklə təcili tibbi yardım avtomobilinə aparılıb. Komandanın futbolçuları tribunadakı azarkeşləri sakitləşdirməyə çalışsalar da, qarşıdurmanın genişləndiyi qeyd olunur.

Tahir Turan
Globalinfo.az

Paylaş: