WhatsApp Image 2026 11 26 at 22.42.38

UEFA Avropa Liqası çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” komandasını Gürcüstanda qəbul edən “Beşiktaş”ın azarkeşləri tribunada Fələstin bayrağı açıblar. Bundan sonra polis müdaxilə edib.

Globalinfo.Az xəbər verir ki, Batumidə həm stadionun daxilində, həm də xaricində “Beşiktaş” azarkeşlərinə qarşı müdaxilələr olub.

Məlumata görə, stadiondan kənarda gürcü hərbçiləri bəzi azarkeşləri huşlarını itirənədək döyüblər.

Stadionda isə Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib. Oyunun 25-ci dəqiqəsində tribunada qarşıdurma yaranıb. Gürcüstan polisi gözyaşardıcı qazdan istifadə edib.

Tribunada baş verən hadisələrdən sonra “Beşiktaş”ın bir azarkeşi xərəklə təcili tibbi yardım avtomobilinə aparılıb. Komandanın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışsalar da, qarşıdurmanın miqyası getdikcə genişlənib.

Nəticədə oyun yarımçıq dayandırılıb, hakimlər və hər iki komandanın futbolçuları paltardəyişmə otaqlarına yollanıblar.

Paylaş: