Siyavuş Novruzov Əli Kərimlini debata çağırdı

“Azərbaycanın uğurları artdıqca onu istəməyən qüvvələr məkrli niyyətlərini həyata keçirməyə başlayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin aprelin 23-də keçirilən iclasında deyib.

“Bunlar bəzi beynəlxalq təşkilatlar və ölkəmizdə onlara çalışan şəxslərdir. Azərbaycanın hər addımı beynəlxalq hüquqa uyğundur. Əfsuslar olsun ki, dünya ölkələri özlərini demokratik adlandırsalar da, Azərbaycanın haqq işinə dəstək göstərmək əvəzinə, ikitərəfli sülh proseisnin əleyhinə çalışır, mərkli niyyətlərini ortaya qoyurlar. Xocalını soyqırımını törədənlər, Gəncəni, Bərdəni bombalayanalara qarşı hələ də heç bir sanksiya tətbiq edilməyib. Halbuki, Ermənistanın keçmiş prezidenti Xocalı soyqırımını törətmələri ilə fəxr etdiyini açıqca dedi. Onların “tarixçisi” Zori Balayan Xocalıda balaca uşaqların necə işgəncələrlə öldürüldüyünü bir-bir yazıb. Lakin onlara qarşı hər hansı addım atılmayıb”.

“Azərbaycanda bir tiktoker var, Əli Kərimli. Bir kompüteridir, bir də özü, sadəcə danışır. Əgər cəsarəti çatırsa, gəlsin, hər hansı internet televiziyaların birində birlikdə çıxış edək. Bu gün görülən işlərin üzərinə kölgə salmağa çalışmaq heç də yerində deyil”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az