Nikol Pashinyan 44 scaled 1

“Nikol Paşinyan Rusiya və İranın Qarabağ məsələsinin həlli ilə bağlı irəli sürdükləri təklifi rədd edib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Karine Gevorqyan deyib.

O, Rusiya müdafiə naziri Sergey Şoyqunun İrana səfəri çərçivəsində Paşinyana bir təklif göndərdiyini deyib:
“Paşinyanın rus sülhməramlılarının hadisələrə müdaxilə etmədiyinə dair səsləndirdiyi fikrilər yalan idi. Şoyqunun İrana səfəri çərçivəsində Moskva və Tehran Qarabağ məsələsinin qan tökülmədən həll edilməsi üçün bir təklif irəli sürdü. Burada göstərilən həll yolu perspektivli idi. Lakin Ermənistan ərazisindən istifadəyə ehtiyac vardı. Paşinyan bundan qorxdu və təklifi qəbul etmədi”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: