“Varşava öz ərazisində Amerika əsgərlərinin daimi yerləşdirilməsi üçün kiçik bir şəhər tikməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski Pentaqon rəsmiləri ilə görüşdən sonra açıqlayıb.
“Pentaqona Amerika əsgərlərini daimi olaraq yerləşdirməyi təklif etmişik. Bu o deməkdir ki, bu bölmə üçün kiçik bir şəhərcik tikməliyik və buna hazırıq. Xərcləri biz ödəyəcəyik”, – deyə o bildirib.
Rəsminin sözlərinə görə, ABŞ yaxın həftələrdə Varşavaya Polşadakı Amerika hərbi mövcudluğunun azaldılmasından qaçmaq üçün variantlar təqdim edəcək:
“Varşava ümid edir ki, yeni obyektlər və hərbçilər üçün mənzillər Amerika qoşunlarının daimi yerləşdirilməsinə imkan verəcək”.
Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset Polşaya 4000 Amerika əsgəri göndərmək qərarını yenidən nəzərdən keçirmişdi.
“Politico”nun məlumatına görə, Pentaqon rəhbərinin fikrinin dəyişməsinin səbəbi hələ də bəlli deyil.
Əliyar Xəlil
Globalinfo.az