Omanda İran və ABŞ arasında nüvə proqramı ətrafında danışıqlar başa çatıb.
Globalinfo.az xəbər verir ki, xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti danışıqların keçirildiyi məkanı tərk edib.
Danışıqların nə vaxt davam edəcəyi hələlik bəlli deyil.
***15:37
Omanda İran–ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Globalinfo.az xəbər verir ki, danışıqların ikinci raundu yekunlaşıb.
Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.
Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.
***14:03
Oman XİN başçısı İran və ABŞ nümayəndələri ilə danışıqlar aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məsləhətləşmələr diplomatik və texniki danışıqların bərpası, tərəflərin səylərinin dəstəklənməsi və bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə aparılıb.
Oman XİN başçısı ölkəsinin dialoqu dəstəkləməyə və tərəflərin mövqelərini yaxınlaşdırmağa hazır olduğunu vurğulayıb.
***12:22
Omanda ABŞ–İran danışıqları başlayıb.
Globalinfo.az xəbər verir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.
İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.
Safura Bənnayeva
Globalinfo.az