Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

Ölkədə son sutka ərzində 2 329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 466 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 90, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 211, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 919 663, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 110, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 382, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 461, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 710 nəfər təşkil edir.