Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son həftədə koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.

***

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 164 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir həftədə birinci mərhələ üzrə 86, ikinci mərhələ üzrə 12, üç və daha çox doza üzrə 55, pozitiv nəticədən sonra buster doza üzrə 11 nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 039, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 230, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 361 təşkil edir.