Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, ötən son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 8 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 942 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 637 nəfər müalicə olunaraq sağalıb, hazırda 23 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu günə qədər ümumilikdə ölkədə 13 966 983 vaksin vurulub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 nəfər təşkil edir.