Dünyaca məşhur MMA döyüşçüsü Arman Çarukyanın keçmiş qondarma rejimin “bayrağın”a reaksiyası Ermənistanda müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Qaqik Ambaryan yazıb.
O bildirib ki, Arman ona təqdim edilən qondarma “bayrağı” götürməkdən imtina edib.
Erməni jurnalist Vahe Markaryan isə A.Çarukyanı “artsax” bayrağına fobiyası olan Nikol ulduzu” adlandırıb.
Qeyd edək ki, Arman Çarukyan Ermənistanda əsas idman ulduzu kimi tanınır. Onun qondarma rejimin “bayrağını” əlinə götürməməsi sosial şəbəkələrdə və Ermənistan mediasında skandal kimi təqdim edilib.
Bəzi ermənilər sosial şəbəkələrdə artıq Qarabağ iddiasını davam etdirməyin mənasız olması haqda fikirlər yazıblar. Lakin bu yanaşmaya qarşı çıxanlar da az deyil.
Əliyar Xəlil
Globalinfo.az