PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan katarakta əməliyyatı olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat İmralı adasında baş tutub.
Məlumata görə, bu, İmralı Nümayəndə heyəti üzvləri Pervin Buldan və Sırrı Süreyya Öndərin dekabrın 28-də ilk səfəri ilə yanvarın 22-də ikinci səfəri arasında reallaşıb.
“İkinci dəfə getdiyimiz zaman Öcalan katarakt əməliyyatı keçirdi və uğurlu oldu. Onun görmə qabiliyyətinin çox yaxşı olduğu bildirildi. Üçüncü dəfə gedəndə gözlərində yaş olduğunu və salfetdən istifadə etdiyini müşahidə etdim. Bunun katarakta ilə əlaqəli olmadığı deyildi”, – deyə Buldan əlavə edib.
Öcalanın digər gözündən də əməliyyat olunmasının planlaşdırıldığı bildirilib.
Əliyar Xəlil
Globalinfo.az