ABŞ-dan Türkiyə haqda yüksək fikirlər

“ABŞ Türkiyənin Ukrayna müharibəsini bitirmək səylərini yüksək qiymətləndirir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“Bütün bu konflikt boyunca Türkiyə Ukrayna və Rusiya arasında sülhü bərpa etməyə çalışıb. Ankara dialoqun bərpa edilməsi, diplomatiya işində konstruktiv oyunçu funksiyasını yerinə yetirib”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Aqşin
Globalinfo.az