Avropanın nüvə təhlükəsizliyinin məsuliyyəti yalnız Fransanın üzərinə düşə bilməz.
Globalinfo.az “Trend”ə istinadla xəbər verir ki, bunu Litvanın Baş naziri Gintautas Palutskas jurnalistlərə açıqlamasında deyib.
O, NATO-nun nüvə doktrinasının yalnız Fransanın öhdəsinə buraxılması ilə bağlı fikirlərin məsuliyyətsiz və hətta təhlükəli olduğunu vurğulayıb.
“Bu gün Avropanın etibar etdiyi NATO-nun nüvə arsenalı, ABŞ-nin arsenalı ilə birlikdə Fransanın imkanlarından on dəfə üstündür”, – deyə Palutskas qeyd edib.
O, həmçinin Parisin bu istiqamətdə irəli sürdüyü təklifin ciddi maliyyə vəsaiti tələb edəcəyini bildirib.