
Şimali Koreya Prezidenti Kim Çen İn ölkəsinin nüvə silahı potensialının artırılması istiqamətində siyasət yürütdüklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Kim Çen xüsusilə ABŞ-dan artan nüvə təhdidinin Şimali Koreya üçün təhlükə yaratdığını bildirib. O, hərbi üstünlüyün qorunub saxlanmalı və daha da artırılmalı olduğunu vurğulayıb.
Şimali Koreya lideri nüvə silahından “özünümüdafiə” üçün istifadə edəcəklərini və bunun heç kim üçün təhlükə yaratmayacağını deyib.
İn Şimali Koreyanı “məsuliyyətli nüvə dövləti” adlandırıb.