Ermənistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron dövlət mükafatına layiq görülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Qeyd olunub ki, Ermənistan və Fransa arasında yüksək səviyyəli dövlət mükafatlarının qarşılıqlı təqdim olunması baş tutub.
Belə ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın “Şöhrət” ordeni ilə təltif edilib.
Eyni zamanda, Ermənistan prezidenti Vaaqn Xaçatryan və Baş nazir Nikol Paşinyan Fransanın “Şərəf Legionu” ordeninin Böyük Xaç dərəcəsinə layiq görülüblər.