Növbəti metro stansiyası bu tarixdə açıla bilər

Bənövşəyi xəttin yeraltı dördüncü stansiyası olan “B4” 2024-cü ildə açıla bilər.

Bunu Globalinfo.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır.

“Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək” – deyə o qeyd edib.a