Niyazi Bayramov vətəndaşlarla görüşdü – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Globalinfo.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə sakinlər tək-tək çıxış edərək, öz şikayət və təkliflərini dilə gətiriblər.

Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.