Ermənistan hökuməti ilə diaspor arasında növbəti qalmaqal yaşanıb.
Globalinfo.az xəbər verir ki, Almaniyaya səfər edən Ermənistan baş nazir administrasiyasının diaspor ilə iş üzrə komissarı Zərər Sinanyan burada tənqidlərə məruz qalıb.
Məlumata görə, ermənilər Sinanyandan Paşinyana müharibə dövründə verilən 150 milyon dolların hesabını istəyiblər. Üstəlik, onlar Sinanyanı diasporu parçalamaqda, həmçinin Paşinyanı hakimiyyətdə saxlamaq üçün vəsait toplamaqda günahlandırıblar.
Qeyd edək ki, Sinanyanın Almaniyaya səfəri mayın 14-nə qədər davam edəcək.
İlkin Həsənov
Globalinfo.az