Qarabağla bağlı gizli “iclas” – Paşinyan tapşırıq verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda aktivləşən separatçı qüvvələrin fəaliyyətinin məhdudlaşdırılması üçün tapşırıq verib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Məlumata görə, Qarabağdan Ermənistana köçən keçmiş qondarma rejimin “deputatları” hökumətdən gizli “iclaslar” keçirir, digər bir sıra nümayəndələr hakimiyyətə qarşı aktivləşilər. Bütün bunlar isə baş nazir və ətrafını ciddi şəkildə narahat edib. Nəticədə Paşinyan onlara müxtəlif şəkildə təzyiq göstərilməsi üçün tapşırıq verib.

Nəşr bildirir ki, ötən gün separatçı Samvel Şahramanyanın korrupsiya idarəsinə dindirilmə üçün çağırılması, mühafizəçisinin isə üzərində narkotik tapılma əsasında həbs edilməsi də bu məsələ ilə əlaqədardır. Oktyabr ayından etibarən keçmiş qondarma rejimin nümayəndələrinin izlənildiyi və tək-tək dindirilməyə çağırıldığı qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az